Kurban Berdıyev: Bugünkü oyuna baxsaq, ümumən heçnə alınmadı

19.01.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XIX turunun "Kəpəz" – "Turan Tovuz" (5:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bu oyunda "Kəpəz" layiqli qələbə qazandı. Planlaşdırdıqlarımız alınmadı. Rəqibi təbrik edirəm.

– Son 8 matç, 1 qələbə…

– Bugünkü oyuna baxsaq, ümumən heçnə alınmadı. Amma digər oyunlara baxsaq, heç-heçə etdiklərimiz də var.

– Orxan Əliyev də nə görüb transfer etmisiz? Rüftə Əhmədovla avrokuboklara getmək şansız var?

– Yaxşı oyunçudur. İlk oyunu idi. Həyəcan var.

– Oyununuz baş tutmadı. Problem nə idi?

– Oyunçular arasındakı anlaşmada problem var idi. Bir də standart vəziyyətlərdə, müdafiələrdə ciddi səhvlər oldu.

– Ehtiram Quliyev demişdi ki, Kurban Berdıyev "Turan"ı avrokuboklara aparmağa söz verib. Bu oyuna təsiri var idi?

– Xeyr, heç də deməzdim. Hədəfimiz eynidir. Sadəcə olaraq nəticələr çıxarıb yolumuza davam etməliyik.

– Alexandro Serranonun ehtiyatda qalmasının səbəbi nə idi?

– Təlim-məşq toplanışlarında olmadığına görə komandayla məşq etmirdi.

– Müdafiədəki xaosun səbəbi nə idi?

– Az əvvəl də dedim bu problemləri gözləyirdik. Amma bu qədər də yox.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью