Kurban Berdıyev: Bunun üçün utanırıq

10.05.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XXXIV turunun "Turan Tovuz" - "Neftçi" matçından (1:2) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Neftçi" qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər".

- Bu mövsüm "Neftçi" məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?
- "Neftçi" seçilmiş futbolçulardan ibarət olan komandadır.

- 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?
- Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.

- Hakim idarəçiliyi sizi qane etdi?
- Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.

- Bu heyət avrokuboklar üçün yetərlidir?
- Yox.

- Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?
- Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.

Rəşad Sadıqov: "Kimlərsə unudub, mən unutmamışam" “Zirə”dən minimalhesablı qələbə - YENİLƏNİB Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib "Səbail" - "Zirə" - Heyətlər açıqlandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью