Kurban Berdıyev: Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu

03.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu.

"Report" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, məğlubiyyətə görə məyus olduqlarını bildirib:

“Hər şeydən əvvəl Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu. Qələbə hesabını qorumağa təcrübə çatmadı. Müdafiədə adi bir səhv etdik. Denisin zədələnməsi də komandaya təsir etdi. Amma futbolçular axıra kimi döyüşdülər. Penalti seriyası lotoreyadır. Çox təəssüflənirəm ki, adi, elementar səhvdən ikinci qolu buraxdıq”.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью