Kurban Berdıyev: Futbolçularıma xarakter göstərdiklərinə görə təşəkkür edirəm

09.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbolçularıma xarakter göstərdiklərinə görə təşəkkür edirəm.

"Report" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Şamaxı"ya qarşı Misli Premyer Liqasının XVI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Matçda baxdıqda iki fərqli hissə izlədiyimizi deyə bilərəm. İlk hissədə oyunçularımız həvəssiz çıxış etdilər. Amma ikinci yarıda bunun əksini gördük. Futbolçularıma xarakter göstərdiklərinə görə təşəkkür edirəm".

Qeyd edək ki, XVI turun görüşündə "Turan Tovuz" doğma meydanda "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью