Kurban Berdiyev: Hakim hər iki tərəfə eyni dərəcədə yanaşırsa, onda normaldır

19.09.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Turan Tovuz" Misli Premyer Liqasının VI turunda doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uşaqlara əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik.

- Sizin futbol fəlsəfənizə görə hakim sərt oyuna imkan verməlidir?

- Əgər hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, onda normaldır.

- Rəşad Sadıqov bildirdi ki, aut atışı zamanı bizə qarşı ədalətsizlik oldu. Bununla bağlı fikriniz necədir?

- "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi? Ruan Renato Jo Batistanı itələyəndə ikinci sarı vərəqə düşmürdü? Gəlin, oyun haqda danışaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью