Kurban Berdiyev Hayderson Hurtadonun gedişini istəmir

20.04.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz” mövsümün sonunda aparıcı futbolçularından birini itirmək təhlükəsi ilə üzləşə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisinin müdafiəçisi Hayderson Hurtado bir neçə klubun maraq dairəsinə düşüb və artıq təkliflər də alıb.
Lakin qərblilər kolumbiyalı futbolçu ilə vidalaşmaq niyyətində deyil. Baş məşqçi Kurban Berdiyev 30 yaşlı oyunçunu növbəti mövsümdə də heyətində görmək istəyir. Buna baxmayaraq Hurtado üçün daha sərfəli təklif daxil olarsa, rəhbərlik onun transferinə razılıq verə bilər.
Hurtado cari mövsüm Misli Premyer Liqasında 27 oyunda 2394 dəqiqə meydanda olub və 3 qol vurub. O, Azərbaycan Kubokunda keçirdiyi üç matçda isə iki dəfə fərqlənib.
Qeyd edək ki, futbolçunun “Turan Tovuz”la daha bir illik müqaviləsi var.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью