Kurban Berdiyev: Heçheçə ədalətli nəticə ola bilər

24.11.2024

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 14-cü turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Komanda 60-cı dəqiqədən sonra oyundan qopdu. Bunun səbəbi nə idi?

- Bu, əsasən hesabı qorumaqla bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı.

- Növbəti turun "Araz-Naxçıvan"la matçını 6 xallıq oyun adlandırmaq olar?

- İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yox idi.

- Oyun planında nələr alınmadı?

- İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır.

- Tural Bayramlının son vaxtlar az oynamasının səbəbi nədir?

- Kim daha optimal formadadırsa, onlar oynayır.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью