Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 17-ci turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, oyundan sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev qarşılaşma ilə bağlı fikirlərini bölüşüb və matçın gərgin keçməsini qol imkanlarından vaxtında yararlanmaması ilə əlaqələndirib.
Mütəxəssis buna baxmayaraq, oyunun gedişində vəziyyəti düzəldə bildiklərini vurğulayıb.