Kurban Berdıyev istefa verdi, baş məşqçi postuna namizədlər açıqlandı ŞOK

25.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev istefa verib.

“Football-plus.az” xəbər verir ki, bu barədə “legalbet.ru” saytı məlumat yayıb.
Rusiya nəşrinin iddiasına görə, türkmənistanlı mütəxəssisin klubdakı işi rəhbərliklə münaqişələrlə müşayiət olunub. Bu üzdən, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Hətta adıçəkilən media “bozqurd”un baş nəşqçi postuna namizədlərin siyahısını yayınlayıb. İddia olunur ki, Tovuz təmsilçisi Dmitri Smirnov, Vasili Berezutski və Aleksandr Naqornıyla danışıqlar aparır.
Qeyd edək ki, “Turan Tovuz” dünən Misli premyer-liqasının 14-cü tur matçında “doğma divarlar” arasında “Sabah”la bacarmayıb. Kollektiv 27 xalla 3-cü pillədədi.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью