Kurban Berdıyev: “Kuboku qazanmaq istəyirik”

29.10.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Turan Tovuz" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo"nu məğlub edərək 1/8 finala yüksəlib. 
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik.
- Kubokda hədəfiniz nədir?
- Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır.
- İbrahima Vadjinin performansını necə dəyərləndirirsiniz?
- Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью