Kurban Berdiyev onu “sildi” Hakman “qara siyahı”da

02.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakman baş məşqçi Kurban Berdiyevin etimadını itirib. Sport24.az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis toqolu müdafiəçini artıq əsas heyətin üzvü kimi görmür.
Berdiyev "Sabah"a qalib gəldikləri (3:2) və "Neftçi" ilə heç-heçə etdikləri (1:1) qarşılaşmalarda afrikalı futbolçuya şans verməyib.
Hakman səfərdə "Şəfa" üzərində qələbə qazandıqları (1:0) görüşə də ehtiyat oyunçular skamyasında başlayıb. Lakin Hayderson Hurtadonun zədələnməsindən sonra 24-cü dəqiqədə meydana daxil olub.
Hurtado zədə səbəbindən "İmişli"yə 0:1 hesabı ilə uduzduqları matçı buraxmalı olub. Bu isə Hakmana yenidən əsas heyətdə yer almaq imkanı verib.
Toqolu müdafiəçi "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada da start heyətdə meydana çıxıb. O, matçın 7-ci dəqiqəsində avtoqol müəllifi olub. Berdiyev isə 73-cü dəqiqədə məhz Hakmanı Rahil Məmmədovla əvəzləyib.
Hakman bu mövsüm "Turan Tovuz"un Premyer Liqada keçirdiyi 10 oyunun 7-də meydana çıxıb və ümumilikdə 563 dəqiqə oynayıb. Mövsümün əvvəlində əsas heyətin dəyişilməz üzvlərindən olan müdafiəçi son həftələrdə Berdiyevin etimadını itirib və əsas heyətdən kənarda qalıb.
Qeyd edək ki, Emmanuel Hakman son iki mövsümdə Tovuz klubunun əsas heyət üzvlərindən biri olub. O, 2024/2025 mövsümündə Premyer Liqada 35, 2025/2026 mövsümündə isə 31 matçda iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью