Kurban Berdiyev: “Oyun intizamı istədiyimiz kimi deyildi”

28.03.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Turan Tovuz” Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və “Qarabağ”ın əvəzetmələrindən sonra hər şey bitdi.

– Fərdi səhvlər nə vaxta qədər davam edəcək?

– Buna cavab verə bilməyəcəm

– “Qarabağ”a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz?

– Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu. 

Azarkeşləri ümidlərdirəcək nəsə deyə bilərsiniz?

– Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.

– Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?

– Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью