Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…”

10.03.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Paltardəyişmə otağında uşaqlarla danışdım ki, Hakmana görə mübarizə aparsınlar. Oyunda səhvə yol verdilər. Ancaq uşaqlar onun üçün oynadılar, sona qədər mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə ağıllı və müdrik oynadılar. "Neftçi"yə elə də qol imkanı verilmədi".

- Demək olar ki, oyunun ədalətli nəticəsi bərabərlik idi?
- Bəli, belə hesab etmək olar. Oyunun gedişatına baxanda bunu görmək mümkündür.

- Demək olar ki, oyunun əsas qəhrəmanı qolkiperinizdir?
- Xeyr, təkcə o yox. Bütün komanda bu gün mübarizə apardı.

- Neçənci  dəfədir ki, komandanız xarakter göstərir və son dəqiqələrdə qol vurur. Komandanızla fəxr edirsiz?
- Komanda istər-istəməz 6 ay ərzində formalaşmır. Amma gördüyüm qədərilə futbolçularda xarakter var. Ümumi gedişat da bizi sevindirməyə əsas verir. Müəyyən vaxt lazımdır.

"Sumqayıt" “oruc”u 3 qolla pozdu - YENİLƏNİB Ülvi İsgəndərov: "Onun yoxluğu bizim üçün çətindir" - Müsahibə Turan Manafov mükafatlandırılıb "Zirə" legioneri ilə bağlı qərarını verdi - EKSKLÜZİV PFL Avropa Liqalarının Baş Assambleyasında təmsil olunub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью