Kurban Berdıyev: Penaltilər seriyası lotoreyadır

04.12.2024

Icma.az, Apasport saytına istinadən bildirir.

"Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Hər şeydən əvvəl Denis Marandiçinin zədələnməsi ağırdır. İkincisi də təcrübə çatmadı. Qələbə hesabını qoruya bilmədik. Müdafiədə sadə səhv və nəticədə qol oldu".

- Denis Marandiçinin zədələnməsi komandaya necə təsir etdi?

- Çox böyük təsiri oldu. Amma uşaqlar sona qədər döyüşdülər. Penaltilər seriyası lotoreyadır. Çox üzücü oldu ki, ikinci qolu adi, elementar səhvdən buraxdıq.

- Rəqibin ilk qolunu necə şərh edərdiniz?

- Qeyri-adi heç nə deyə bilmərəm.

Azərbaycan Kuboku: "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finalda - YENİLƏNİB “Turan Tovuz”un futbolçusunun ayağı sındı “Səbail”də ciddi itki Elmar Baxşıyev: “Gənc oyunçuları çox reklam etməyək” Rüfət Abdullazadə: “Buna inansaq, sonuncu pillədən qurtulacağıq”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью