Kurban Berdiyev: Sadəcə qol vurmağımız çatışmadı

05.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Avropa kubokları barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Səbail"lə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 29-cu turunda qeydə alınmış 0:0 hesablı heç-heçəni şərh edib: "Yaxşı başa düşürük ki, bu gün 2 xal itirdik, nəinki 1 xal qazandıq. Birinci hissə ehtiyatlı oynadıq. İkinci hissədə daha yaxşı idik. Sadəcə 1 qol vurmağımız çatışmadı. Öz aramızda da müzakirə edirik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı olacağıq".

Qeyd edək ki, son 5 oyunda "Turan Tovuz" üç dəfə uduzub, iki dəfə heç-heçə oynayıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью