Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”

30.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının X turunda keçirilən “Turan Tovuz” – “Sabah” (3:2) matçından sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşüb:

"Qələbəyə görə çox sevinirəm. Çox ağır oyun oldu. Axıra yaxın təşəbbüsü əldən verdik. Amma qələbəyə görə şadam".

- Azərbaycan çempionu uzun müddət idi ki, uduzmurdu. Gözəl oyunla qazanılan gözəl qələbədə həlledici məqam nə oldu?
- 
Əsas məsələ çempiona qarşı yaxşı köklənmək idi. Futbolçular özlərini sübut etmək istəyirdilər. İkincisi, nizam-intizam rol oynadı. Amma təbii ki, son 10 dəqiqəni çıxmaq şərtilə.

- Hayderson Hurtado yersiz sarı vərəqə aldı ki, sizi də əsəbiləşdirdi. Qələbəyə görə onu bağışlamaq olar?
- 
Emosiyalara görə oldu. Ona elə gəldi ki, top rəqibin futbolçusunun əlinə dəymişdi. Ancaq emosiyalarına hakim olmalı idi. Bəli, bilirəm ki, cəzalı duruma düşdü.

- "Turan" voleybol komandası dünən avrokuboklarda qələbə qazandı, bu gün isə siz Çempionlar Liqasının iştirakçısını evdə məğlub etdiniz. Yayda Tovuzda Avropa komandalarını görəcəyik?
-
 "Turan" voleybol komandasının ilk oyununu da izləmişdim. Dünənki cavab görüşün də izlədim. Onlara görə həyəcan keçirirdim. Şükür Allaha, qələbə qazandılar. Allah etsin ki, Bolqarıstan klubunu da məğlub etsinlər. Bu, Tovuz azarkeşləri üçün bayramdır. Biz də öz dəstəyimizi verməliyik.

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır? Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib Millimiz Vyetnama məğlub olub - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью