“Kurban Berdıyev tərəfindən təhqir olmayıb” AFFA nın cəzası Tovuzu narazı saldı

17.04.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA İntizam Komitəsi “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevi cəzalandırıb. Buna Misli premyer-liqasının 30-cu turunun “Turan Tovuz” – “Sabah” oyununda başverənlər səbəb olub. Berdıyev 19-cu dəqiqədə qırmızı vərəqə alandan sonra hakimləri təhqir edib. Buna görə mütəxəssis üçü şərti olmaqla 5 oyun cəzalanıb. Onun üçün 3 aylıq sınaq müddəti təyin edilib. “Turan Tovuz” baş məşqçinin hərəkətinə görə 4000 manat cərimələnib.

Klub AFFA-nın cəzaları ilə bağlı apellyasiya şikayəti verəcək, yoxsa bu qərarla razıdı? Bu sualı klubun idarə heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktor Əli Balakişiyevə ünvanladıq:

“Bəli, şikayət edəcəyik. Cəza ilə razı deyilik. Kurban Berdıyev tərəfindən təhqir olmayıb. Baş məşqçi meydana daxil olub və hakimin qərarından narazılıq edib. Belə cəzanın verilməsiylə razı deyilik”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью