Kurban Berdıyev: Təxribatlara cavab vermək olmaz

21.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Xorxe Silvanın "Şamaxı" ilə oyunda qırmızı vərəqə almasını yolverilməz hesab edib.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçunun bu hərəkətinin komandanın oyununa təsir göstərə biləcəyini deyib:

"Xorxe Silvanın qırmızı vərəqə alması yolverilməzdir. Bu, istənilən halda oyunumuzun gedişinə təsir edəcəkdi. İlk hissədə İbrahima Vadjiyə qarşı təxribat oldu. Belə təxribatlara cavab vermək olmaz".

Qeyd edək ki, qarşılaşma Tovuz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Turan Tovuz" bu qələbədən sonra xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью