Kurban Berdıyev Turan Tovuz2nin oyununu İZLƏDİ FOTO

25.11.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev bu gün klubun akademiyasının məşqlərində iştirak edib.
Bizim.Media xəbər verir ki, məşqçi heyəti ilə görüşən təcrübəli mütəxəssis Əvəzedicilər Liqasının “Turan Tovuz-2” - “Sabah-2” oyununu (0:0) izləyib.
Qeyd edək ki, "Turan Tovuz" tanınmış mütəxəssis Kurban Berdıyevlə 2+1 illik müqavilə bağlayıb. Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.


Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью