Kurban Berdıyev Turan Tovuzdan ayrılır?

12.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdıyev komandadan ayrılmaq istəyib.

Moderator.az Sportinfo.az-a istinadla xəbər verir ki, iyun ayında sükan arxasına keçən rusiyalı mütəxəssis "Səbail"lə səfər matçından (1:1) sonra bu istəyini klub rəhbərliyinə çatdırıb.

72 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqanın 13-cü turunda qeydə alınan uğursuz matçdan sonra müqaviləni pozmaq fikrinə düşüb.

Qeyd edək ki, klub rəsmiləri Berdıyevi komandada qalmağa razı sala biliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью