Kurban Berdıyev: “Vacib qələbə qazandıq”

06.09.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının IV turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” (2:1) matçından sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşüb:

"Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik".

- Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?
- 
Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.

- Aleks Serranonun zərbəsi zamanı topun qapıdan keçib-keçmədiyi müzakirə edildi. Sizcə, həmin epizodda top qapıdan keçmişdi?  
- 
Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.

Edqar Adilxanov: BƏZƏN OYUN YADIMDAN ÇIXIRDI “Xankəndi”də yeni təyinat Yuri Vernidub: “Hələ çox işimiz var” Zaur Həşimov: “Məğlubiyyətin bizə çox xeyri olacaq” “Neftçi”dən inamlı qələbə - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью