Kurban Berdiyevə hakimi itələdiyinə görə AĞIR CƏZA

11.02.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev dördoyunluq cəza alıb.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz" - "Kəpəz" oyununun 64-cü dəqiqəsində "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə dördoyunluq diskvalifikasiya olunub, Tovuz təmsilçisi isə 10 000 manat cərimələnib.

Həmçinin oyunun 41-ci dəqiqəsində "Turan Tovuz" komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb və komandası 2 500 manat cərimə edilib.

Əlavə olaraq Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində baş tutan "Sabah" - "Qəbələ" oyununa qonaq komanda təyin edilmiş vaxtdan gec gəldiyinə görə Qəbələ təmsilçisinə xəbərdarlıq olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью