Kürd Elnur yenidən hakim QARŞISINDA | Icma.az
Icma.az bildirir, Modern.az portalına istinadən. Sosial şəbəkələrdə "Kürd Elnur" kimi tanınan Abbasov Elnur Abbas oğlu barədə inzibati proto
Modern.az-ın məlumatına görə, Elnur Abbasov aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 590.2-ci (Müvafiq icra hakimiyyəti orqa
İşə Astara rayon Məhkəməsində hakim Şəfiqə Meybullayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov 2020-ci ildə sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib.
O, paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini dərəyə aşırıb.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu