Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi Köçəryan | Icma.az
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriyada son bir ayda baş verən hadisələr nəticəsində aşağıdakı mənzərə ortaya çıxır: müəyyən ərazilər üzərində ortaq müdafiə və ya muxtariyyətə malik kürd qüvvələri indi bir-birinin ardınca dağılır və əlindəkiləri itirirlər.
Axar.az xəbər verir ki, bu sözləri ərəbşünas Ayk Köçəryan yerli mediaya açıqlamasında deyib.
“Burada aydın görünür ki, əvvəlki siyasi və hərbi dəstək (əsasən ABŞ-dan) artıq yoxdur.
Əlbəttə ki, kürdlər bütün gücləri ilə müqavimət göstərməyə çalışırlar, lakin Yaxın Şərqdəki yeni təhlükəsizlik arxitekturası baxımından kürd muxtariyyəti və ya kürd dövləti, demək olar ki, hazırda gündəmdə deyil.
Kürdlər hazırda çox çətin vəziyyətdədirlər”, - deyə Köçəryan bildirib.
Kürdlərin ABŞ-ın dəstəyini niyə itirdiyi, ABŞ-Türkiyə razılaşmasının olub-olmadığı və əgər belədirsə, bu razılaşmanın mübadiləsinin nə olduğuna gəldikdə, ərəbşünas qeyd edib: “ABŞ kiçik məsələlərə görə regionun işlərinə qarışmamağa çalışır.
Regionda öz mövqelərini müəyyən etmək üçün kart-blanş verilmiş əsas oyunçular var, lakin digər tərəfdən, ABŞ-a regionun infrastrukturunun işləməsi lazımdır ki, bu da problem yaşayan və ya parçalanmış Suriyadan daha çox vahid Suriyada mümkündür.
Tam oxu
Xəbəri oxu