Kürdə axtarılan qadın Bakıda imiş

07.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özünü Kür çayına atdığı ehtimal olunan Neftçalanın rayon Bankə qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının Bakı şəhərində olduğu məlum olub.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın hazırda Bakıdakı sığınacaqlardan birindədir.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”  qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Belə ki, bu hadqa iki gün öncə evdən çıxan və çayın qırağında paltarları tapılan qadının yaxınları onun üzünü çaya atdığını ehtimal edərək məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью