Kürdə batan gəncin meyiti tapıldı KONKRET

13.08.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan gəncin meyiti tapılıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 12 avqust 2026-cı il tarixində Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью