Kürdə batanların şəxsiyyəti məlum oldu YENİLƏNİB

19.02.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Samuxda Kürdə balıq tutmaq istəyən zaman batan şəxslərin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, batanlar Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyevdir.

Hazırda həmin şəxslərin axtarışı davam etdirilir.

XXX

21:10

Samuxda iki nəfər Kürdə batıb.

"Unikal"ın məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində baş verib. Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar. Onların axtarışları davam etdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью