Kürdə batdığı ehtimal edilən 13 yaşlı qızın axtarış işləri davam etdirilir

27.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Saray Sərvan qızı Kərimlinin batdığı ehtimal edilən istiqamətlərdə dalğıclar cəlb edilməklə axtarışlar davam etdirilir.

Kürdə batdığı ehtimal edilən 13 yaşlı qızın axtarış işləri davam etdirilir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью