Kürdə boğulan 13 yaşlı qızın meyiti TAPILDI

02.01.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan qızın meyiti tapılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki,13 yaşlı yeniyetmə qızın meyidi batdığı yerdən təqribən 15,16 km aralıda Kür çayının Kürdəmir rayon Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
FHN -nin Aran Regional Dalğıc axtarış qrupunun əməkdaşları yeniyetməni sudan çıxararaq aidiyyəti üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 24-də 13 yaşlı yeniyetmə Saray Kərimli Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batıb. Məlumata görə, 8-ci sinif şagirdi olan Saray Kərimli səhər məktəbə getmək adı ilə evdən çıxıb. Sonradan isə onun Kür çayında batdığı bildirilib.
Bizim.Media, Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью