Kürdə boğulub ölən 17 yaşlı oğlanın FOTOSU

06.08.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqustun 2-də Salyan şəhər sakini 2008-ci il təvəllüdlü Məcidov Sahib Mübariz oğlu Kürdə çimərkən boğulub. Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

News24.az xəbər verir ki, Unikal.az çayda boğulub ölən yeniyetmənin fotosunu əldə edib.  

Qeyd edək ki, S. Məcidov Salyanda 2 nömrəli tam orta məktəbin məzunu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью