Kürdə suyun səviyyəsi artdı

09.05.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Avtomat hidroloji stansiyaların mayın 09-u saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Metbuat.az xəbər verir ki, Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью