Kürdəmir sakini qatar vurması nəticəsində ölüb

18.10.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info  apa-ya istinadən xəbər verir ki, hadisə dəmir yol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.

O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью