Kürdəmirdə 26 min manatlıq iribuynuzlu oğurlanıb

11.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb.

Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26000 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью