Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kürdəmirdə açıq ərazidə güclü yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, ərazidə anidən yanğın başlayıb və qısa zamanda yanğının sahəsi genişlənib.
Məlumata görə, yanğın zamanı təqribən 10 hektardan böyük ərazidə quru otlaq sahəsi və ağaclar yanıb.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.