Kürdəmirdə ağır qəza: 5 yaralı var

20.11.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью