Kürdəmirdə ağır QƏZA: 6 nəfər xəsarət aldı FOTO/VİDEO

07.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kürdəmirdə ağır qəza baş verib, xəsarət alanlar var.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşını Ucar istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Muravey”ə çırpılıb.
Nəticədə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью