Kürdəmirdə ağır qəza baş verib

28.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində ağır qəza qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə , "VAZ - 2107"markalı avtomobil "Ford" markalı mikroavtobusa çırpılıb.

Qəza zamanı "VAZ"- ın sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью