Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Vaqif küçəsində qeydə alınıb.
Belə ki, Rüstəm Şahin oğlu İsmiyevin sükanı arxasında olduğu BMV markalı avtomobil əvvəlcə qarşıdakı VAZ-2106 markalı avtomobilə, daha sonra isə yol kənarındakı maşın ehtiyat hissələri satılan mağaza çırpılıb.
Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.