Kürdəmirdə ağır qəza, ölən var

30.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, rayon sakini Abdullayev Tahir hadisə yerində dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью