Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var FOTO VİDEO

06.04.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, NİVA markalı avtomaşının sürücüsü Ağsu rayon istiqamətində hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı edən SHAQMAN markalı yük maşınına çırpılıb.

Nəticədə NİVA-da olan sürücü və sərnişinlər 62 yaşlı Mehbalı Mənsurov, 54 yaşlı Elçin Əliyev və 53 yaşlı Elşən Kazımov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır (Bizim.Media).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью