Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var FOTO

13.06.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, qəza zamanı “Mercedes” markalı yük maşını ilə “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.


Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.




Bizim Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью