Kürdəmirdə ağır yol qəzası Ata öldü, oğlu yaralandı

11.01.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan var.

"Unikal" xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun rayonun Sorsor kəndindən keçən hissəsində baş verib. "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə Kürdəmir rayon sakini, 1972-ci il təvəllüdlü Rafiq Musa oğlu Kərimov hadisə yerində həyatını itirib. Onun oğlu, 2004-ci il təvəllüdlü Xəyal Rafiq oğlu Kərimov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью