Kürdəmirdə ağır yol qəzası baş verib AZƏRTAC

20.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kürdəmir, 20 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью