Icma.az bildirir, Report.az saytına əsaslanaraq. Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
“Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” tranzit markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerindəcə ölüb.
Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fakt araşdırılır.
Bizim Telegram kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.