Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb

28.03.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью