Kürdəmirdə avtomobillə motosiklet toqquşub, ölən var

30.11.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Zərdab-Kürdəmir avtomobil yolunda qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Tahir Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью