Kürdəmirdə avtomobillər toqquşdu KONKRET

13.06.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki “Mersedes” markalı yük maşını ilə “Şevrolet” markalı avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.\\qafqazinfo

Məqaləyə dair fotomateriallar:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью