Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Azərbaycanın aparıcı supermarket şəbəkələrindən biri olan “Bazarstore” Kürdəmir şəhərində yeni mağazasını istifadəyə verəcək.
Marja.az xəbər verir ki, supermarketin rəsmi açılışı 14 avqust 2026-cı il tarixində, saat 10:00-da keçiriləcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni mağaza Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, məhəllə 2/2 ünvanında yerləşir.
Kürdəmirdə yeni supermarketin açılması “Bazarstore” şəbəkəsinin regionlarda genişlənməsi və xidmət coğrafiyasının böyüdülməsi istiqamətində növbəti addımıdır. Yeni satış nöqtəsi yerli sakinlərin gündəlik ərzaq və qeyri-ərzaq məhsullarına çıxış imkanlarını artıracaq.
Qeyd edək ki, “Bazarstore” 2026-cı ildə fəaliyyətə başlamasının 15 illiyini qeyd edir.