Kürdəmirdə bir nəfəri qatar vurub öldürdü

13.03.2025

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kürdəmir sakinini qatar vuraraq öldürüb.

Lent.az-ın xəbərinə görə, hadisə axşam saat 8 radələrində rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-cı il təvəllüdlü Famil Bağırov dəmir yolunu keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarətlər alan F. Bağırov hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları cəlb olunub və meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Qeyd edək ki, mərhum Famil Bağırov iki uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью