Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kürdəmir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Vaqif küçəsində qeydə alınıb.
Belə ki, Rüstəm Şahin oğlu İsmiyevin sükanı arxasında olduğu BMW markalı avtomobil əvvəlcə qarşıdakı VAZ-2106 markalı avtomobilə, daha sonra isə yol kənarındakı maşın ehtiyat hissələri satılan mağazaya çırpılıb.
Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.